"Mançester Siti" rəhbərliyi komandanın hücum xəttindəki fəaliyyətindən narazıdır. Sport24.az xəbər verir ki, Premyer Liqanın aparıcı klubu Erlinq Haalanda daha çox qol imkanı verəcək oyunçu ilə müqavilə imzalamaq istəyir.

 

"El Nacional"ın məlumatına görə Xosep Qvardiola Rafinyanı "Mançester Siti"də görmək istəyir. "Şəhərlilər" braziliyalı oyunçunun transferi üçün "Barselona"ya böyük pul ödəməyə hazırdırlar, lakin "katalanlar"ın çalışdırıcısı Hans-Diter Flikin Rafinyanı buraxmaq istəmir.

 

Rafinya cari mövsümdə 45 matçda meydana çıxıb, 28 qol vurub və komanda yoldaşlarına 22 qol ötürməsi verib.