Bu gün Misli Premyer Liqasında 31-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, qarşılaşmalarda bir baş məşqşi və iki futbolçu cəzalı olduqları üçün meydana çıxa bilməyəcəklər.
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev texniki zonada əyləşə bilməyəcəksə, "Sabah"dan Pavol Safranko, "Kəpəz"dən Elmir Tağıyev komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, 31-ci tur bu gün saat 19:00-da start götürəcək "Araz-Naxçıvan" - "Turan Tovuz" qarşılaşması ilə başlayacaq.