Bu həftə Çempionlar Liqasında yarımfinal cütlükləri müəyyənləşib. Sport24.az Telecomasia.net-ə istinadən xəbər verir ki, "Football Meets Data" platforması klubların cari mövsümdə Çempionlar Liqasında bu günə olan gəlirlərini hesablayıb.
Hazırda ən çox qazanan PSJ olub - 119,4 milyon avro. İkinci yerdə 118,1 milyonla "İnter", üçdə isə "Arsenal" (117 milyon) qərarlaşıb. "Barselona" 116,6 milyonla dördüncüdür.
"Bavariya" (105,9 milyon), Dortmund "Borussiya"sı (102,2 milyon) və "Real" (101,8 milyon) da 100 milyon avrodan çox gəlir əldə edib.
Qeyd edək ki, cədvəldə təmsilçimiz "Qarabağ"da yer alıb. Ağdamlıların gəliri 12,2 milyon avro təşkil edib.