Misli Premyer Liqasının 31-ci turunda keçirilmiş "Araz-Naxçıvan" - Turan Tovuz" oyununda bir ilk yaşanıb. Sport24.az xəbər verir ki, indiyədək tərəflər arasında çempionatda baş tutan qarşılaşmaların heç birində bərabərlik qeydə alınmamışdı.

Əvvəlki 7 görüşün ikisində Naxçıvan klubu, 5-də isə Tovuz təmsilçisi sevinən tərəf olub.

Qeyd edək ki, ötən gün baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

4 avqust, 2023-cü il
"Araz-Naxçıvan" - "Turan Tovuz" - 0:3

24 dekabr, 2023-cü il
"Turan Tovuz" - "Araz-Naxçıvan" - 3:1

10 mart, 2024-cü il
"Turan Tovuz"- "Araz-Naxçıvan" - 2:0

11 may, 2024-cü il
"Araz-Naxçıvan" - "Turan Tovuz" - 0:1

21 sentyabr, 2024-cü il
"Turan Tovuz" - "Araz-Naxçıvan" - 1:2

29 noyabr, 2024-cü il
"Araz-Naxçıvan" - "Turan Tovuz" - 1:0

16 fevral, 2025-ci il
"Turan Tovuz" - "Araz-Naxçıvan" - 1:0