Azərbaycan millisinin futbolçusu Mahir Emreli növbəti mövsümdə də Almaniyanın "Nürnberq" klubunda çıxış edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb.

II Bundesliqa təmsilçisinin idman direktoru Joti Çatzialexio 27 yaşlı hücumçunun müqaviləsinin uzadılması ilə bağlı danışıqların aparıldığını bildirib.

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində "Nürnberq"ə keçib. Onun sözləşməsindəki bəndə əsasən, komanda əsas Bundesliqaya yüksələcəyi təqdirdə forvard daha bir mövsüm klubla qalmalıdır.