"Turnir cədvəlində "Qarabağ"a çatmaq mümkün olmayacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis sabah keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu barədə fikirlərini bölüşüb:
"Zirə"nin nəzəri baxımdan "Qarabağ"a çatmaq ehtimalı olsa da, bu o qədər də inandırıcı görünmür. İnanmıram ki, "Qarabağ" "Neftçi" ilə oyunda heç-heçə etsin və ya məğlub olsun. Hər iki komandanı qarşıda kubokun yarımfinalının cavab görüşü gözləyir. Ağdamlıların "Araz-Naxçıvan"ı mübarizədən kənarlaşdırıb həlledici oyuna vəsiqə qazanmaq istəyirlər. Bu üzdən özlərini həmin matça hazırlayırlar. "Neftçi" bu görüşdə böyük hesabla uduzsa belə heç nə dəyişməyəcək. "Ağ-qaralar"ın avrokuboklara şansı yalnız kubokdan aslıdır. Qarşılarında rəqib "Sabah"dır və bu komandanın da kubok arzusu var. Bu matçlar arasında bir həftə fasilə olsaydı, deyərdim ki, komandalar oyuna tam heyətlə çıxacaqlar. 3-4 gün sonra oynayacaqlar deyə, istər-istəməz kimlərisə qorumaq məcburiyyətindədilər. Fikrimcə, matç gərgin atmosferdə keçməyəcək. Hər iki komanda kubok oyununu fikirləşəcəklər".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu sabah saat 20:00-da başlayacaq.