"Mançester Yunayted" avrokubokların 120-ci dəqiqəsində 2 qol vurmağı bacaran ilk komanda kimi tarixə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Opta Joe" məlumat yayıb.

 

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Mançester Yunayted" "Lion"u 5:4 hesabı ilə məğlub edib. İngiltərə klubu 120-ci dəqiqədə iki qol vurmaqla mərhələ adlayıb.

 

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında "Mançester Yunayted" "Atletik" ilə üz-üzə gələcək.