Avrokuboklarda 1/4 final mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, bu həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında cavab oyunları çərçivəsində 12 görüş baş tutub.
Bu matçlardan sonra UEFA reytinqi açıqlanıb. İsveç Xorvatiyanı keçərək 20-ci yerə yüksəlib.
Azərbaycanın mövqeyi dəyişməyib. Avropada təmsilçisi qalmayan ölkəmizin hesabında 19,625 xal var. Azərbaycan siyahıda 30-cudur.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ" 1,250, "Sabah" 0,250, "Sumqayıt" 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 112,533 xalı var.