"Real"ın baş məşqçisi Karlo Ançelotti bir şərtlə postunda qala bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, "Kral klubu"nun prezidenti Florentino Peres finalda "Barselona"ya qalib gələrək İspaniya kubokunu qazanacağı təqdirdə Ançelottini komandanın "sükanı arxasında" saxlaya bilər.
Qeyd edək ki, artıq neçə vaxtdı mətbuatda Peresin "Real"ın tarixinin ən çox mükafat alan məşqçisi ilə yolları ayıracağı ilə bağlı xəbərlər dolaşır.