UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib. Sport24.az xəbər verir ki, bununla da bütün yarımfinalçıların adına aydınlıq gəlib.
"Latsio" ilk oyunda məğlub olduğu "Budo Qlimt"i qəbul edib və qələbə qazanıb. Ancaq mərhələ adalyan Norveç təmsilçisi olub. "Lion"u məğlub edən "Mançester Yunayted" də 4 xoşbəxtdən biri olub. "Tottenhem" Ayntraxt"ı, "Atletik" isə "Reyncers"i məyus edib.
İki oyunun ümumi nəticələsinə görə, "Mançester Yunayted", "Budo Qlimt", "Tottenhem" və "Atletik" yarımfinala yüksəlib. Bu mərhələdə "Budo Qlimt" "Tottenhem"lə, "Mançester Yunayted" isə "Atletik"lə üz-üzə gələcək.
Avropa Liqası
1/4 final, cavab oyunları
"Latsio" (İtaliya) - "Budo Qlimt" (Norveç) 3:1, penaltilər seriyası - 2:3
Qollar: Katellanos, 21, Noslin, 90+3, Dia, 100 - Helmersen, 109
Qırmızı vərəqə: Helmersen, 120 ("Budo Qlimt")
İlk oyun - 0:2
"Mançester Yunayted" (İngiltərə) - "Lion" (Fransa) 5:4
Qollar: Uqarte, 10, Dalot, 45+1, Fernandeş, 114-pen; Mayno, 120, Maquayr, 120+1 - Tolisso, 71, Taqlianko, 78, Çerki, 105, Lyakazett, 110-pen.
Qırmızı vərəqə: Tolisso, 89 ("Lion")
İlk oyun - 2:2
"Ayntraxt" (Almaniya) - "Tottenhem" (İngiltərə) 0:1
Qol: Solanke, 43-pen.
İlk oyun - 1:1
"Atletik" (İspaniya) - "Reyncers" (Şotlandiya) 2:0
Qollar: Sanset, 45+4-pen; Uilliams, 80
İlk oyun - 0:0
Yarımfinal cütlükləri:
"Budo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə) - "Atletik" (İspaniya)