Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə sumqayıtlılara müraciət edib. Sport24.az xəbər verir ki, dünya çempionu şəhər sakinlərini aprelin 19-u baş tutacaq görüşə səsləyib.

 

O bildirib ki, Sumqayıt Dram Teatrında baş tutacaq görüşdə idmanın inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar: "Çempionluqla bağlı gənclərlə müzakirələr aparacağıq. Orada yaxşı məsləhətlər olacaq".

 

Qeyd edək ki, Rəcəbzadə sonuncu döyüşünə aprelin 6-da çıxıb. 33 yaşlı idmançı Glory99 gecəsində Brayan Doueslə qarşılaşıb. O, rəqibini birinci raundda nokaut edib.