Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyunlar çərçivəsində bir matç baş tutub.

 

Günün yeganə qarşılaşması Şəkidə keçirilib. Bölgənin eyniadlı komandası "Gəncə"ni qonaq edib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən overtayma ehtiyac duyulub. Burda isə meydan sahibləri qələbə qazanıb - 85:84 qələbə qazanıb.


Qeyd edək ki, tərəflər arasında ikinci matç aprelin 20-də baş tutacaq. Pley-offun birinci oyunları isə aprelin 19-da başa çatacaq.