Karlo Ançelotti klublararası dünya çempionatına qədər baş məşqçi vəzifəsindən azad edilərsə, onu kimin əvəzləyəcəyi müəyyənləşib. Sport24.az Sport.es-ə istinadən xəbər verir ki, bu, "Real"ın idman direktoru Santyaqo Solari olacaq.
Solarinin artıq belə təcrübəsi var. O, 2018-ci ilin payızında o, Xulen Lopeteqinin qovulmasından sonra müvəqqəti olaraq komandaya rəhbərlik edib.
Qeyd edək ki, son günlər mətbuatda italyan mütəxəssisin "Kral klubu"ndan ayrılacağı ilə bağlı xəbərlər dolaşır.