"Barselona"nın sağ cinah müdafiəçisi Alexandro Balde qarşısına Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"lə ilk oyununa hazır olmaq vəzifəsini qoyub. Sport24.az xəbər verir ki, bu barədə səlahiyyətli jurnalist Xavi Migel məlumat yayıb.

 

Mənbə qeyd edib ki, qayıdış çətin iş olsa da, mümkünsüz deyil.  

 

21 yaşlı Balde bu mövsüm bütün turnirlərdə 43 matçda 1 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

"Barselona" və "İnter" arasında ilk oyun aprelin 30-da keçiriləcək. Matçın başlama vaxtı Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.