Müqavilələri 2025-ci ilin yayında başa çatacaq ən yaxşı toqolu futbolçular müəyyənləşib. Sport24.az xəbər verir ki, siyahını "Africafoot" nəşri tərtib edib.
"3-lük"də "Turan Tovuz"un legioneri Emmanuel Hakman da var.
29 yaşlı müdafiəçi üçüncü pillədə göstərilib.
İspaniyanın "Xetafe" klubunda çıxış edən Djene Dakonam birinci sıradadır. İkinci yerdə isə Buxarestin "Dinamo" kollektivindən Josue Homavo qərarlaşıb.
Qeyd edək ki, Emmanuel Hakman cari mövsüm Misli Premyer Liqasında 30 oyunda meydanda olub, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.