Antonio Konte baş məşqçisi olduğu "Napoli"dən ayrılacaq. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis mövsümün sonunda klubu tərk etməyə qərar verib.
Konte bu qərarında israrlıdır. Klub rəhbərliyi də artıq yeni çalışdırıcı ilə bağlı planlar qurmağa başlayıb. Onların əsas namizədləri Vinçentso İtalyano və Massimiliano Alleqridir.
Qeyd edək ki, 32 oyunda 68 xal toplayan Neapol təmsilçisi A seriyasının turnir cədvəlində ikincidir.