Misli Premyer Liqasının 31-ci turu çərçivəsində bu gün daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması masazırda baş tutacaq.
Turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan "Sabah" autsayder "Səbail"i qonaq edir. Meydan sahibləri üçün bu matç böyük ölçüdə o qədər də əhəməiyyətli deyil. Avrokuboklara yollanmaq istəyən "bayquşlar" daha çox gələn həftə keçiriləcək "Neftçi" ilə ölkə kubokunun yarımfinalının cavab qarşılaşmasını düşünür. "Dənizçilər" isə əksinə. Turnir cədvəlinin son pilləsində qərarlaşan paytaxt təmsilçisi elitada yerini qorumaq naminə hər cür fədakarlıq etməyə hazırdır.
Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti saat 17:30 səslənəcək.
Misli Premyer liqası
IV dövrə, XXXI tur
17:30. "Sabah" - "Səbail" 3:2
Qollar: İnnosent Nşuti, 21 (0:1), Sofian Çakla, 31 (1:1), Süleyman Alluş, 74 (1:2), Dmitro Litvin, 82 - avtoqol (2:2), Coy-Lens Mikels, 90+3 (3:2)
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Masazır. "Bank Respublika Arena"
"Sabah": 92. Stas Pokatilov 17. Tellur Mütəllimov 9. Anatoli Nuriyev 5. Rəhman Daşdəmirov 15. Seymur Məmmədov 4. Sofian Çakla 70. Cesse Sekidika (k) 3. Con İrasabal 13. İvan Lepiniça 99. Neqoş Kupusoviç 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov 55. Nicat Mehbalıyev 8. Ayaz Quliyev 6. Abdulax Xaybulaev 32. Elgün Dünyamalıyev 7. Boyan Letiç 20. Coy Lens Mikels 11. Kahim Parris 12. Vinsent Till 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.
"Səbail": 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 77. Fərid Nəbiyev 20. Mert Çelik 83. Nihad Quliyev 10. David Qomis (k) 3. Dmitro Litvin 99. İnnosent Nşuti 7. Madi Queta 5. Gitay Sofir 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə 91. Tural Mirsultanov 22. Mirabdulla Abbasov 74. Yusif Nəbiyev 18. Süleyman Əhmədov 11. Rüfət Abdullazadə 19. Samir Abdullayev 16. Emin Rüstəmov 67. Rəvan Abasov 97. Oruc Məmmədov 44. Amir Bilali 4. Marko Nikoliç.
Baş məşqçi: Elvin Məmmədov.