"Kardiff Siti" futbolçusu Aaron Remzini baş məşqçi vəzifəsinə təyin edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə Çempionşip təmsilçisi baş məşqçisi Omer Riza ilə yollarını ayırıb. Bu səbəbdən də klub rəhbərliyi qərar verib ki, turnirin son 3 oyununda komandanı 34 yaşlı yarımmüdafiəçi çalışdırsın.
Qeyd edək ki, Aaron Remzi hazırda zədəlidir. O, "Kardiff Siti"yə 2023-cü ildə "Nitsa"dan keçib.