Misli Premyer Liqasının XXXI turunun "Sabah" - "Səbail" oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Oyuna ciddi hazırlaşmışdıq. Uşaqlar yaxşı mübarizə apardılar. Sonlara yaxın yorğunluq oldu. Layiqincə mübarizə apardıq. Yaxşı futbol oynadıq. Qələbə qismət olmadı. Növbəti matçlara baxacağıq.

 

- Sona kimi təslim olmaq istəmirdiz. Qələbəni qorumağa nə çatmadı?

- "Sabah"ın keyfiyyətli futbolçuları var. Son dəqiqələrdəki konsentrasiya pozğunluğu əsas amillərdən idi.

 

Nuh Tarverdiyev