"Bavariya"nın futbolçusu Leon Qoretska zədələnib. Sport24.az xəbər verir ki, alman yarımmüdafiəçi bu səbəbdən Bundesliqada "Haydenhaym"la matçda meydana çıxmayacaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qoretska bu mövsüm "Bavariya"da 36 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

 

"Haydenhaym" – "Bavariya" oyunu bu gün saat 17:30-da başlayacaq.