Misli Premyer Liqasının XXXI turunun "Sabah" - "Səbail" oyunundan (3:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Yaxşı oyun alındı. Xarakter göstərdik və son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Ən pisi odur ki, son oyunlarda çox qol buraxırıq.

 

- "Neftçi" ilə oyunu düşünməyə başladınız?

- Əlbəttə, bu gün çox dəyişiklik etdik ki, bəzi oyunçular 90 dəqiqə oynamasın.

 

- Kubokda finala çıxa bilməsəniz, getmək haqda düşünəcəksiniz?

- Prinsipcə, nəticə olmayanda bir yerdə qalmaq çətindir. Gələcəkdə nə olacağını deyə bilmərəm.

 

Nuh Tarverdiyev