Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarının təqvimi müəyənləşib. Sport24.az xəbər verir ki, ilk olaraq aprelin 20-də, Gəncə İdman Sarayında, "Gəncə" və "Şəki" kollektivləri üz-üzə gələcəklər.

 

Qarşılaşma saat 14:00-da başlayacaq.

 

Növbəti gün iki görüş keçiriləcək. Sərhədçi İdman Mərkəzində "Sərhədçi" "Sabah"la, "Ordu" isə "Neftçi" ilə qarşılaşacaq.

 

Aprelin 22-də "Abşeron" "Naxçıvan"ə sınağa çəkəcək. Hər iki matç Bakı İdman Sarayında gerçəkləşəcək.

 

Qeyd edək ki, oyunlar saat 19:00-da start götürəcək.