"Şəki"nin kapitanı Roti Veyr Azərbaycan Basketbol Liqasının B qrupu üzrə MVP-si (Ən dəyərli oyunçu) seçilib. Sport24.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri "Gəncə" ilə pley-off oyunundan öncə amerikalı oyunçunu mükafatlandırıb.

 

Veyr XV ("Lənkəran"la oyun – 33 xal), XVI ("Ordu" ilə oyun – 33 xal) və XX turda ("Lənkəran"la oyun – 23 xal) oyunun MVP-si seçilib.