Rusiyanın "Nijni Novqorod" klubunun futbolçusu Mamadu Mayqa karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Afrikafoot" nəşri məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə Rusiya, İsrail, Fransa və Azərbaycan klubunun da maraqlandığı yazılıb.

Onun növbəti "transfer pəncərəsi"ndə komandasını dəyişəcəyi də vurğulanıb.

Qeyd edək ki, Malidən olan oyunçunun hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. Afrikalı futbolçunun "transfermarkt"dakı hazırkı bazar dəyəri 900 min avrodur.