Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda növbəti qoluna imza atıb. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçu II Bundesliqanın 30-cu turunda "Paderborn"la qarşılaşmada fərqlənib.
Görüşdə hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb. Hazırda davam edən matçda hesab bərabərdir - 1:1.
Qeyd edək ki, bu, 27 yaşlı hücumçunun II Bundesliqada vurduğu 6-cı qol olub. O, daha bir dəfə Almaniya Kubokunun oyununda fərqlənib.