17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib. Sport24.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində üçüncü matçında Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Estoniyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

 

Qeyd edək ki, millimiz turnir çərçivəsində Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.