Dünya futbolunun əfsanəsi italiyalı Françesko Totti kiminlə eyni komandada oynamaq istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Il Messaggero"ya açıqlama verib.

 

"Ronaldo kimi fenomenlə oynamaq istərdim. O, Messi və Kriştianodan güclü idi. Bunlar qeyri-adi üç fərqli oyunçudur. Maradonadan sonra ikinci pilləyə Ronaldonu qoyardım. Onlar insan deyildilər".

 

Qeyd edək ki, Totti karyerası ərzində yalnız "Roma"nın formasını geyinib. O, "canavarlar"ın heyətində 785 matç keçirib.