Bilbao "Atletik"inin hücumçusu İnaki Uilyams qardaşı Niko Uilyamsın "Barselona"ya keçməsinə mane olmağa çalışır. O, Nikonun Bask klubunda qalmasını istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İnyakinin təzyiqinə baxmayaraq, Niko karyerasını Kataloniya klubunda davam etdirmək istəyir. 22 yaşlı futbolçu inkişaf etmək üçün klubunu dəyişməkdə israrlıdır.
Qeyd edək ki, Uilyams ötən mövsümdə bütün turnirlərdə 45 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.