Almaniya Bundesliqasında 5-ci tura yekun vurulub.

Sport24.az xəbər verir ki, son gündə 2 görüş baş tutub.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” evdə “Haydenhaym”la qarşılaşıb. Leverkuzden təmsilçisi bu oyunda böyük hesabla qalib gəlib.

Hazırda 13 xala malik “Bayern”lə “Bayer” zirvəyə şərikdirlər. 

Almaniya Bundesliqası
5-ci tur

24 sentyabr

Bayer – Haydenhaym 4:1
Qollar: Bonifase, 9; 74-pen. Hofmann, 63. A.Adli, 82 – E.Dinkci, 58.