"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında XXI turun oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda səfərdə "Sportinq"lə qarşılaşıb.

 

Matç "Sportinq"in böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0.

 

Qeyd edək ki, hazırda "Braqa" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Aktivin 52 xal olan "Sportinq" zirvədə yer alıb.