Türkiyənin "Qalatasaray" klubu növbəti mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi "Kayserispor"da çıxış edən Gökhan Sazdağını transfer etmək istəyir.
Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" türk futbolçunu yayda heyətinə qatmağa çalışacaq. "Sarı-qırmızılar" 30 yaşlı sağ cinah müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, 2021-ci ilin yayından "Kayserispor"da çıxış edir. Təcrübəli arxa xətt oyunçusu bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.