"Qalatasaray" hücumçu Qabriel Martinelli üçün "Arsenal"a 45 milyon avro təklif edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, braziliyalı futbolçu Türkiyə klubunun əsas transfer hədəfidir. "Qalatasaray" hazırda "topçular"dan cavab gözləyir.
25 yaşlı Martinellinin "Arsenal"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir və əlavə bir mövsüm üçün də seçim mümkündür. Daha əvvəl "Roma"nın da braziliyalı futbolçu ilə maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Martinelli ötən mövsüm "topçular"ın heyətində bütün turnirlərdə 53 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.