Dünən gecə UEFA Superkubokunu qazanan PSJ qarşıdakı günlərdə 3 transferi bitirəcək. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, parislilər belçikalı cinah oyunçusu Mikki Qodts üçün "Ayaks"a yeni təklif irəli sürməyi planlaşdırır. Bundan əlavə, rəhbərliyin fikrincə "Barselona"nın ispan hücumçusu Ferran Torres də tezliklə komandaya qoşulacaq. Həmçinin bildirilir ki, "qırmızı-göylər" "Parma"nın yaponiyalı qapıçısı Suzukinin də müqaviləyə imza atacağına inanırlar.
Qeyd edək ki, Fransa nəhəngi UEFA Superkuboku uğrunda matçda "Aston Villa"nı 2-1 hesabı ilə məğlub etdib.