"İmişli" heyətini gənc və perspektivli qapıçı Ayxan Abbaszadə ilə gücləndirib. Sport24.az xəbər verir ki, 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı klubla 2+1 illik müqavilə imzalayıb.

 

Ayxan peşəkar futbol karyerasına "Turan Tovuz"da başlayıb və 8 il bu klubun formasını geyinib.

 

Bundan sonra Ayxan Abbaszadə "İmişli"nin qapısını qoruyacaq və klubun uğurları üçün mübarizə aparacaq.