"Dinamo"nun "Qarabağ"la matçı çox gərgin keçəcək. Sport24.az xəbər verir ki, bunu Ukrayna klubunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

 

O "Qarabağ" la matç haqda fikirlərini bölüşüb:

 

"Qarabağ"ı çox yaxşı tanıyırıq. Qurban Qurbanov uzun illərdir komandanı çalışdırır. Avrokubok təcrübələri çoxdur. Balanslaşdırılmış heyətə malikdirlər. Bu da oyuna əlavə maraq qatır".

 

Mütəxəssis Azərbaycanda xoş qarşılandıqlarını söyləyib:

 

"Şəhəriniz və insanlarınız xoş təəssürat bağışladı. Ümumiyyətlə Azərbaycan xalqının bizə münasibəti çox xoşdur. Bizə dəstəklərini yüksək qiymətləndiririk. Amma buna baxmayaraq oyunun çox gərgin keçəcəyini deməliyəm".

 

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.