"Fənərbaxça" "Napoli"nin hücumçusu Romelu Lukakunu heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

 

Klubun futbol direktoru Oğuz Çətin belçikalı hücumçunun bu axşam İstanbula gələcəyini bildirib.

 

 

Xatırladaq ki, Lukaku son iki mövsümdə "Napoli"nin formasını geyinib. Bu müddətdə 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.