Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin daha üç cavab matçı keçiriləcək. Sport24.az xəbər verir ki, II təsnifatda "Zirə"ni mübarizədən kənarlaşdıran "Payde" Avstriyada "Rapid"in qonağı olacaq.

 

"Kopenhagen" "Debretsen"i, "Katovitse" isə "Hapoel"i (Təl-Əviv) qəbul edəcək.

 

Konfrans Liqasının digər görüşləri sabah baş tutacaq.

 

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları

12 avqust

20:00 Kopenhagen (Danimarka) – Debretsen (Macarıstan)
İlk oyun 3:0

20:00 Katovitse (Polşa) – Hapoel (Təl-Əviv, İsrail)
İlk oyun 0:2

20:00 Rapid (Avstriya) – Payde (Estoniya)
İlk oyun 4:1