"Mançester Siti" "Marsel"in qapıçısı Heronimo Rulli ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Sözləşmənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Rullinin transferinin 2 milyon avroya başa gəldiyini bildirib.
34 yaşlı qapıçı ötən mövsüm "Marsel"in heyətində bütün turnirlərdə 39 oyun keçirib və 9 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Rulli DÇ-2026-da Argentina millisində ehtiyat qapıçı olub və mundialın gümüş medalını qazanıb.