2025/26 mövsümündə Fransanı Çempionlar Liqasında təmsil edəcək "Lans" "Benfika"nın hücumçusu Franyo İvanoviçlə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə ötən "futbol ili"ndə vitse-çempion olan klubun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı forvard yeni klubunda 29 nömrəli formanı geyinəcək.
"Benfika" 22 yaşlı İvanoviçi 2025-ci ilin yayında 22,8 milyon avroya transfer edib.
Qeyd edək ki, hücumçu ötən mövsüm Portuqaliya təmsilçisinin heyətində bütün turnirlərdə 42 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.