"Sumqayıt"ın stadion problemi həllini tapmaq üzrədir. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə yaşanan xəstəliyi aradan qaldırmaqla bağlı işlərə start verib.

"Kimyaçılar" III turda "Qarabağ"la qarşılaşmanı məhz bu arenada keçirmək niyyətindədir. Klub rəhbərliyi həmin vaxta qədər stadionun ot örtüyünü oyun keçirmək üçün yararlı vəziyyətə gətirməyi planlaşdırır.

Qeyd edək ki, "Sumqayıt" Misli Premyer Liqasının I turunda "Neftçi"ni "SOCAR Polymer Arena"da qəbul edəcək. Avqustun 16-da keçiriləcək qarşılaşmanın biletləri 5 manatdan satışa çıxarılacaq.