Rusiyanın "Lokomotiv" klubu adı "Qalatasaray"la hallanan Aleksandr Batrakovun transfer qiymətini müəyyənləşdirib. Sport24.az xəbər verir ki, Moskva təmsilçisi yarımmüdafiəçi üçün 28 milyon avro tələb edir.

 

Bu barədə "Championat" nəşri məlumat yayıb.

 

İstanbul klubu daha əvvəl ruslara 20 milyon avro təklif etmiş, ancaq "yox" cavabı almışdı.

 

Batrakovun "Lokomotiv"lə müqaviləsi 2029-cu ilin yayına kimidir. Onun "transfermarkt"da dəyəri 28 milyon avrodur.