"Çelsi"nin ukraynalı futbolçusu Mixailo Mudrikin gələcəyi ilə bağlı qərarı bəlli olub. Sport24.az "Football London"a istinadən xəbər verir ki, London klubu 25 yaşlı vinger üçün icarə təkliflərini nəzərdən keçirməyə hazırdır. Mudrikə Premyer Liqadan ən azı üç klubun maraq göstərdiyi bildirilir. Onlardan biri "Koventri Siti"dir. Komandanın baş məşqçisi Frenk Lempardın "Çelsi"də çalışdığı dönəmdə Mudriklə birlikdə işləməsi də bu keçiddə amil ola bilər.

Futbolçu üçün digər variant isə "Strasburq"dur. "Çelsi"nin Fransanın bu klubuna daha bir oyunçu göndərmək üçün icarə limiti imkan verir.

Qeyd edək ki, Mudrik 2024-cü ilin noyabrından etibarən rəsmi matçda iştirak etməyib. Meldonium testinin müsbət nəticələnməsindən sonra onunla bağlı intizam prosesi aparılıb. Lakin Ümumdünya Antidopinq Agentliyinin (WADA) meldonium üzrə analiz standartlarında dəyişiklik etməsindən sonra İngiltərə Futbol Assosiasiyası (FA) futbolçunun "Çelsi"yə qayıtmasına icazə verib.