"Roma" "Atletiko"nun sağ cinah müdafiəçisi Nahuel Molinanı transfer edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu argentinalı üçün "Atletiko"ya 13 milyon avro ödəyib. Klub 28 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb.
Molina Avropada "Udineze" və "Atletiko"nun heyətində ümumilikdə 249 oyuna çıxıb və 19 qol vurub.
Qeyd edək ki, Argentina millisinin formasını 65 dəfə geyinən müdafiəçi iki dünya çempionatında iştirak edib. O, 2022-ci ildə Qətərdə dünya çempionu olub. Molina həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.