"Əl-Hilal" "Qalatasaray"ın hücumçusu Viktor Osimhenlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, İstanbul klubu nigeriyalı hücumçunu 65 milyon avroya satmağa hazırdır.
Osimhen 2024-cü ildən "Qalatasaray"da çıxış edir. O, klubda ilk mövsümünü icarə əsasında keçirib və 2025-ci ilin yayında "Napoli"dən 75 milyon avroya transfer olunub.
Qeyd edək ki, 27 yaşlı forvard ötən mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 22 qol vurub və 8 məhsuldar ötürmə edib.