Qapıçı Ruslan Neşçeret, eləcə də yarımmüdafiəçilər Aleksandr Pixalyonok və Nazar Voloşin "Dinamo"nun Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ"a qarşı ikinci oyununda iştirak etməyəcəklər. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın "Sportarena.ua" portalı məlumat yayıb.
Neşçeret diz bağlarının qismən zədələnməsindən əziyyət çəkir. Onun onun sağalmasının iki həftəyə qədər davam edəcəyi gözlənilir.
Pixalyonokda oynaq bağlı problemlər var. Voloşinə isə bud əzələsindən zədə diaqnozu qoyulub. Onun müalicəsi və reabilitasiyası 2-3 həftə çəkəcək.
Qeyd edək ki, ilk oyunda "Dinamo" "Qarabağ" üzərində 1:0 hesablı qələbəyə sevinib. Yeganə qolu Matvey Ponomarenko vurdu. Tərəflər arasında cavab qarşılaşması sabah Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 20:00-da sələnəcək.