Serbiyalı hücumçu Duşan Vlahoviç "Beşiktaş"a keçib. Sport24.az xəbər verir ki, İstanbul klubu 26 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.

 

Hazırda müqavilənin detalları barədə məlumat açıqlanmayıb.

 

"Sport.es" nəşrinin məlumatına görə, "Beşiktaş" Vlahoviçə 2 illik müqavilə və mövsümə 8 milyon avro maaş təklif edib. Bununla yanaşı, futbolçuya 5 milyon avro imza bonusu ödəniləcək.

 

Qeyd edək ki, "Yuventus"dan ayrıldıqdan sonra azad agent statusunda olan futbolçu 2025/26 mövsümündə 23 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.