Avqustun 11-də Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena" stadionunun önündə futbol azarkeşləri arasında yaşanan insidentlə bağlı hüquq-mühafizə organları tərəfindən araşdırmalar davam etdirilir. Sport24.az xəbər verir ki, baş vermiş faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb.

 

Hadisədə iştirak edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar.

 

Sözügedən qarşılaşmada Azərbaycan çempionu "Sabah" Danimarka təmsilçisi "Orhus"u darmadağın edərək (4:0) pley-off mərhələsinə vəsiqə qazanıb.