"Qarabağ" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda Ukraynanın "Dinamo" klubunu qəbul edəcək. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu gün oyunöncəsi son məşqinə həyata keçirib.
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matç Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.