Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhləsinin ilk oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, bu turnirdə mübarizə aparan "Qarabağ" səfərdə Kiyev "Dinamo"sunun qonağı olacaq.

 

Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 

 

Qeyd edək ki, bu cütün qalibi pley-offda "Tvente" (Niderland) – DAC 1904 (Slovakiya) cütünün güclüsü ilə tərəfi ilə qarşılaşacaq.

 

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

21:00. Dinamo (Kiyev, Ukrayna) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka)

VAR: Yakob Karlsen (Danimarka)

AVAR: Yens Maye (Danimarka)

Lublin. "Lublin Arena"da