Türkiyə Super Liqasının XXXIII turu çərçivəsində lider "Qalatasaray" "Antalyaspor"u qəbul edib. Sport24.az xəbər verir ki, görüş "Cim-Bom"un 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda hesabı ilk hissəyə əlavə edilən 3-cü dəqiqədə qonaqların heyətində Soner Dikmen açıb. Digər 5 qol isə ikinci hissədə vurulub. Əvvəlcə 56-cı dəqiqədə fərqlənən Mario Lemina oyuna tarazlıq gətirib. 62-ci dəqiqədə Soner Dikmen həm özünün, həm də komandasının ikinci qolunu vurub. Qoldan cəmi 4 dəqiqə sonra Viktor Osimhen yenidən hesabı bərabərləşdirib. 88-ci dəqiqədə Osimhen dublunu rəsmiləşdirib. Əsas vaxta artırılan 5-ci dəqiqədə isə Kaan Ayhan yekun hesabı müəyyənləşdirib.

 


Beləliklə, "Qalatasaray" 77 xal toplayaraq sona bir tur qalmış ardıcıl 4-cü, ümumilikdə isə 26-cı dəfə çempion adını qazanıb.